Mart 15, 2020 20:09 Asia/Baku
  • Koronavirusla mübarizədə kollektiv həmkarlığa təkid

İranın xarici işlər naziri Azərbaycan Respublikası və BƏƏ-nin xarici işlər nazirlərilə telefon söhbətlərində koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin kollektiv həmkarlığına təkid edib.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu gün bir telefon danışığında bölgədə və dünyada koronavirus pandemiyası ətrafında fikir mübadiləsi aparıblar.

Zərif bu söhbətdə Azərbaycan Respublikasının xalqı və hökumətinin yardımlarına görə təşəkkür edib. O, ABŞ-ın birtərəfli və zalımcasına sanksiyalarını İranın bu təhlükəli virusla mübarizəsi yolunda mühüm bir maneə adlandırıb. Qeyd edib ki, İran və dünya bu çətin mərhələni arxada qoyacaqlar.

Həmçinin BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıqlar naziri Şeyx Abdullah bin Zaid Ali-Nəhyan Məhəmməd Cavad Zəriflə telefon əlaqəsində koronavirus pandemiyası ilə mübarizədə İranın dövləti və xalqı ilə həmrəyliyə təkid edib.

İranın xarici işlər naziri də həmrəylik ifadə etməsinə və yardımlar göndərməsinə görə, BƏƏ-yə təşəkkür edib və koronavirusu beynəlxalq bir məsələ adlandırıb. Vurğulayıb ki, bu virusun məğlub edilməsi üçün bütün ölkələrin həmkarlığı və qarşılıqlı köməyi zərurət daşıyır.

 

COVID-19-LA MÜBARİZƏDƏ KOLLEKTİV HƏMKARLIĞA TƏKİD

Teqlər