Laricanidən novruz təbrikləri
İran İslam Şurası Məclisinin sədri bir müraciətdə yeni günəş ili münasibətilə novruz sivilizasiyası hövzəsi ölkələrinin parlament sədrlərini təbrik edib.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani dünən axşam ayrıca müraciətlərdə Əfqanıstan, Türkiyə, Tacikistan, İraq, Azərbaycan Respublikası, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Pakistan parlamentlərinin sədrlərini qədim novruz bayramı və yeni 1399-cu günəş ili münasibətilə təbrik edib.
Laricani bu müraciətlərdə belə qeyd edib: İran İslam Şurası Məclisi hərtərəfli mədəni, siyasi, iqtisadi inkişaf, həmçinin rifah, tərəqqi və təhlükəsizliyin yaradılması məqsədilə, eləcə də qarşılıqlı hörmət əsasında xüsusən qonşularla hər cür parlament həmkarlığını alqışlayır.
Dünən 1399-cu günəş ili fərvərdin ayının biri, 2020-ci il martın 20-si, novruz adlanan iranlı yeni ilin başlanması günü idi.
LARİCANİDƏN NOVRUZ TƏBRİKLƏRİ