İran və İtaliya rəsmiləri koronavirusun törətdiyi tələfatdan təəssüfləniblər
İran və İtaliyanın xarici işlər nazirləri dünən axşam bir telefon söhbətində koronavirusun hər iki ölkədə törətdiyi tələfatdan təəssüflənib və iki ölkənin xalqının kədərilə bölüşüblər.
Məhəmməd Cavad Zərif Luici Di Mayo ilə olan bu telefon danışığında Amerikanın İran xalqına qarşı birtərəfli, qanunsuz və qeyri-insani sanksiyaların davam etməsinə israr etdiyinə görə, İran xalqına qarşı bu zalımcasına sanksiyaların dayandırılması vacibliyini vurğulayıb.
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bazar günü müxbirlər qarşısında ölkədə 23049 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, təəssüflə, 127 nəfərin vəfat etməsilə ölkədə bu virusdan ölənlərin ümumi sayı 1812 nəfərə çatıb.
Son həftələrdə İranda və dünya ölkələrində koronavirus pandemiyasının ardınca Türkiyə, Rusiya, Pakistan və Çin daxil olmaqla müxtəlif ölkələrin rəsmilərinin böyük bir hissəsi Amerikanın İran əleyhinə birtərəfli və qanunsuz sanksiyalarının ləğvini istəyibdir.
Əsas əmtəə mallarına və hətta dərman preparatlarına və tibbi avadanlıqlara şamil olan Vaşinqtonun birtərəfli və zalımcasına sanksiyaları koronaviruslu xəstələr xüsusiyyət təşkil etməklə İran xalqı üçün bi çox problemlərin yaranmasın bais olubdur.
Bununla belə, Amerika prezidenti Donald Tramp cümə günü vurğuladı ki, bu ölkənin İrana qarşı sanksiyalarının ləğvi ilə müxalifdir.
ZƏRİF VƏ Dİ MAYO COVID-19 TƏLƏFATINDAN TƏƏSSÜFLƏNİBLƏR