Zərif Quterreş ilə telefonla söhbət edib
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və BMT-nin baş katibi Antonio Quterreş şənbə günü axşamçağı bir telefon əlaqəsində son Yəmən olayları, eləcə də Amerikanın İrana qarşı qanunsuz və birtərəfli sanksiyaları ətrafında fikir mübadiləsi aparıblar.
Bu, Zərif və Quterreşin cari ayda ikinci telefon söhbətidir.
Zərif martın 12-də də BMT-nin baş katibinə məktubda koronavirusla mübarizə üçün Amerikanın İrana qarşı qanunsuz və birtərəfli sanksiyalarının aradan götürülməsi vacibliyinə təkid etmişdi.
Ölümcül koronavirus pandemiyasına və onunla hərtərəfli mübarizə zərurətinə baxmayaraq, Amerika İran daxil olmaqla bəzi ölkələrə qarşı maksimum təzyiq siyasəti çərçivəsində öz sanksiya rəftarının davamına israr etməkdədir.
ZƏRİF QUTERREŞ İLƏ TELEFONLA SÖHBƏT EDİB