Apr 16, 2020 09:47 Asia/Baku
  • İran COVID-19-la mübarizə təcrübələrini ötürməyə hazırdır
    İran COVID-19-la mübarizə təcrübələrini ötürməyə hazırdır

İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Tehranda İsveçrə səfiri ilə görüşdə iranlı ailmlərin COVID-19-la mübarizə təcrübələrinə toxunub və Tehranın İsveçrənin elmi-tədqiqat mərkəzləri və universitetləri ilə həmkarlığa hazır olduğunu vurğulayıb.

İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Kərim Hemməti dünən axşam Tehranda İsveçrə səfiri Markos Leytner ilə görüşdə Qırmızı Aypara Cəmiyyətinin koronavirusla mübarizə sahəsindəki xidmətlərini şərh edib və belə söyləyib: İranın Qırmızı Aypara Cəmiyyətinin imkanlarından istifadə ilə İran şəhərlərinin giriş və çıxışlarında 21 milyon nəfərdən çox insan dispanserləşdirilibdir ki, onlardan on dörd min nəfər koronavirusa yoluxma üzrə şübhəli əlamətlərlə aşkar edilərək, müalicə mərkəzlərinə göndərilibdir.

İranın Qırmızı Aypara Cəmiyyətinin sədri həmçinin ölkənin müalicə kadrının Amerikanın zalımcasına sanksiyalarına rəğmən, koronavirusla mübarizə sahəsindəki yüksək bacarığına işarə edib. Qeyd edib ki, humanitar diplomatiya diqqət mərkəzinə alınmalı mühüm cəhətdir.

Xərçəngə mübtəla olan xəstələr və xas xəstəliyi olan 500 min xəstə üçün səhiyyə ləvazimatları və bağlamalarının təmini, Qırmızı Aypara Cəmiyyətinin şirkətlərində fərdi mühafizə ləvazimatları və bu kimi digər ləvazimatlar daxil olmaqla koronavirusla mübarizə sahəsində ehtiyac olan bəzi avadanlıqların əldə olunması və təmin edilməsi İranın Qırmızı Aypara Cəmiyyəti sədrinin İsveçrə səfiri ilə danışıqlarının digər predmetlərindən olubdur.

Markos Leytner də İsveçrə səfirliyinin İranın Qırmızı Aypara Cəmiyyəti ilə yaxın əməkdaşlığına işarə edib. Qeyd edib ki, maliyyə və tibb ləvazimatlarının göndərilməsi sahəsində İranda fəaliyyət göstərən isveçrəli şirkətlər İranın Qırmızı Aypara Cəmiyyəti ilə həmkarlığa meyllidirlər.

İsveçrənin Tehrandakı səfiri deyib ki, humanitar diplomatiyanın önəminə əsasən, İsveçrə humanitar xidmətləri genişləndirmək üçün İranın Qırmızı Aypara Cəmiyyəti ilə öz anlaşması və əlaqələrini genişləndirməyə çalışacaq.

İRAN COVID-19-LA MÜBARİZƏ TƏCRÜBƏLƏRİNİ ÖTÜRMƏYƏ HAZIRDIR

 

Teqlər