Laricani bir qrup dənizçinin şəhadəti münasibətilə başsağlığı verib
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bir müraciətdə İran İslam Respublikası Ordusunun dəniz qüvvələrindən bir qrupunun şəhadəti münasibətilə başsağlığı verib.
SaharAzeri-nin verdiyi məlumata görə,Laricani bu müraciətdə İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanına, şəhidlərin ailələrinə, həmçinin böyük İran İslam Respublikası Ordusuna başsağlığı verərək, Allah-Taaladan bu hadisənin əziz şəhidləri üçün yüksək dərəcələr diləyib və hadisədə bədən xəsarəti alanların tez bir zamanda sağalmalarını arzu edibdir.
Laricani sonra ordunun başıuca dəniz qüvvələri və islami vətən qəhrəmanlarının rəşadətlərinə görə təşəkkür edərək, bu kədərli hadisənin nəticələrinin dəyərləndirilməsi və izlənilməsi zəruriliyini vurğulayıb.
İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının ictimai əlaqələr şöbəsi bildirib ki, «Konarək» tipli yüngül himayə qayığı bazar günü axşam Cask və Çabəhar sularında dəniz təlim-məşqi keçərkən qəzaya uğrayıb. Hadisədə 19 nəfər şəhid olub, 15 nəfər isə yaralanıbdır.
Bu orqan ordunun dəniz qoşunlarının fədakar işçilərinin müdafiə hazırlıqları və şəhadətsevər əhval-ruhiyyələrinə təkidlə qeyd edib ki, hadisə yerində olan ekspert qruplarının dəqiq araşdırmalarınadək bu barədə hər cür təxminlərdən çəkiniləcəyinə ümid edilir.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor Hoseyn Səlami, İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də ayrı-ayrı müraciətlərdə ordunun dəniz qüvvələrindən bir qrupunun şəhadəti münasibətilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanına və şəhidlərin ailələrinə başsağlığı veriblər.
LARİCANİ BİR QRUP DƏNİZÇİNİN ŞƏHADƏTİ MÜNASİBƏTİLƏ BAŞSAĞLIĞI VERİB