May 17, 2020 08:48 Asia/Baku
  • İran tibb ləvazimatları ixracatçısına çevrilib

İranın səhiyyə naziri koronavirus pandemiyası ilə bir zamanda ölkədəki bəzi çatışmazlıqlara toxunub. Deyib ki, İran islam Respublikası öz daxili gücünə söykənməklə iki aydan az bir vaxtda tibb ləvazimatları idxalatçısından onun ixracatçısına çevrilibdir.

SəhərAzəri xəbər verir, Səid Nəməki İran məhsulu olan müalicə kadrının yeddi növ qoruyucu geyiminin təqdimat mərasimində söyləyib: Ölkənin maska və qoruyucu geyim çatışmazlığı ilə üzləşdiyi günlərdə hətta bir həkim və şəfqət işçisi bu imkan azlığına görə, xalqa arxasını çevirmədi. İranda hətta xəstəxananın qapısı arxasında bir kəs sərgərdan qamadı.

İranın səhiyyə naziri deyib ki, ölkənin 218 şəhəri ağ və aztəhlükəli vəziyyətə malikdir və hər gün şəhərlərin ağlıq radiusu artmaqdadır.

İranın səhiyyə nazirinin müavini və ölkənin ərzaq və dərman təşkilatının sədri Mohəmmədreza Şanesaz da bu mərasimdə Amerika və Avropa nümunələri ilə müqayisədə İranda düzəldilmiş qoruyucu geyimlərin yüksək keyfiyyətinə işarə edib. Vurğulayıb ki, ölkənin tibb kadrının qoruyucu geyimlər sahəsindəki ehtiyacı ən yaxşı xarici nümunənin qiymətinin beşdə biri qiymətində iki ay ərzində İranda təmin edildi və bu məhsullar ilə bağlı ölkədə ixracat qabiliyyəti də mövcuddur.

 

Teqlər