May 17, 2020 20:56 Asia/Baku
  • İran tankerləri Venesuela yolunda

İran tankerləri Venesuela istiqamətində hərəkət edirlər. Bu məsələ Amerikanın bu iki ölkə qarşısındakı sanksiyalarının sındırıldığını göstərir.

SəhərAzəri xəbər verir, Son zamanlar Röyters informasiya agentliyi bir məlumatda bildirmişdi ki, beş İran tankeri Venesuelaya iri benzin yükü daşımaqdadır.

Venesuelanın ABŞ-a yaxın olduğu, həmçinin İran ilə Venesuelanın Amerika tərəfindən sanksiya edildiyi bir şəraitdə, İran tankeri İran İslam Respublikası bayrağı altında, məqsədə doğru hərəkət etməkdədir.

Digər tərəfdən, İran Venesueladan 500 milyon dollar dəyərində 9 ton qızıl külçəni Mahan aviasiya şirkəti vasitəsilə İrana köçürübdür. İran və Venesuelanın, hər iki ölkənin kəskin sanksiyası şəraitindəkı əməkdaşlığı Amerikanın bu iki iri enerji mənbəyini təslim etmək sahəsində məğlub olduğunu göstərir.

Amerikanın İran tankerlərini dayandırmağa cürət etməsi olduqca mümkünsüz görünür, zira İngiltərə bundan qabaq bu qumara əl atıb və onun nəticəsini aydın şəkildə görübdür.

Teqlər