May 18, 2020 07:10 Asia/Baku

"Amerikalılar açıq şəkildə deyirlər ki, Suriyaya hərbi qüvvə göndərdik, çünki orada neft var. Əlbəttə, onlar İraq və Suriyada qalası deyillər və şübhəsiz, oradan qovulacaqlar."

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri dünən axşam tələbə qurumları ilə görüşdə Əfqanıstan, İraq və Suriya daxil olmaqla ölkələrdə militarizmi Amerikanın mənfur olmasının dəlillərindən adlandırıb və belə deyiblər: Amerikalılar açıq şəkildə deyirlər ki, Suriyaya hərbi qüvvə göndərdik, çünki orada neft var. Əlbəttə, onlar İraq və Suriyada qalası deyillər və şübhəsiz, oradan qovulacaqlar.

Həzrət Ayətullahuluzma Xamenei bu görüşdə bir çox dünya ölkəsində və hətta Amerikanın öz daxilində ABŞ bayrağının yandırılmasını xalqların bu rejimə qarşı nifrətlərinin bariz nümunəsi adlandırıb və belə söyləyiblər: Xalqlardan əlavə, hətta Amerika ilə həmkar olan bəzi dövlətlərin başçıları da öz ürək sözlərini deyərkən, Amerikanın dövlət başçıları və hökumətinə nifrət edir və onlara etimad və etina etmirlər.

İslam İnqilabının Böyük Rəhbəri hazırda Amerikaya qarşı olan nifrətin bir hissəsinin onun hazırkı məsul şəxslərinin, o sıradan bu rejimin məntiqsiz, çoxdanışan və ləyaqətsiz dövlət katibi və prezidentinin rəftarlarından irəli gəldiyini bildirib və belə qeyd ediblər: Əlbəttə, Amerikaya qarşı nifrətin səbəbi, təkcə bu məsələ deyil və əslində Amerikanın sionist rejimin günbəgün artan zülmünü var gücü ilə himayə etməsi, müstəbid və bədnam dövlətlərə kömək etməsi, terrorçu yetişdirməsi, cinayət, qırğın və son zamanlar koronavirus məsələsindəki biabırçı müdiriyyəti daxil olmaqla uzunmüddətli fəaliyyətinə qayıdır.

Həzrət Ayətullahuluzma Xamenei bu görüşdə həmçinin ölkənin zorakılıqlar qarşısında qüdrətlə dayanmasına və hazırkı milli gücünə toxunub və belə deyib: Əlbəttə, bu cəhət nəzərdə saxlanılmalıdır ki, düşmən xalqı təhqir etmək və milli özünəinamı pozmaq üzrə səyindən məyus olmayıbdır.

İslam İnqilabının Böyük Rəhbəri sonra deyiblər: Elə bu koronavirusla bağlı məsələdə Qərb ilə müqayisədə ölkədə bu xəstəliyin idarə olunması tərzi, bu virusun tanınması üzrə elmi səylər, əzəmətli mömincəsinə yardım hərəkatı, həmçinin süni peykin buraxılması İran xalqında daha artıq qüdrət hissinin yaranmasına səbəb olubdur.

Həzrət Ayətullahuluzma Xamenei bu görüşdə həmçinin tələbələrə mühüm tövsiyələr ediblər.

Teqlər