Amerikanın qanuni ticarəti pozmağa haqqı yoxdur
İranın xarici işlər naziri deyib ki, dünyada qanuni ticarət davam edəcək və Amerikanın qanuni ticarəti pozmağa haqqı yoxdur.
SaharAzeri xəbər verir:Məhəmməd Cavad Zərif bu gün Venesuela istiqamətində hərəkət edən İran tankerlərinin hədələnmələri barədəki sualın cavabında deyib ki, Amerikanın qanuni ticarəti pozmağa haqqı yoxdur, zira bu siyasət, bütün dünya üçün bir təhlükədir.
İranın xarici işlər naziri vurğulayıb: Əgər bir ölkə öz yanlış siyasətləri əsasında qərar çıxarmaq və qanuni ticarətə xələl gətirmək üçün bir addım atmaq istəyərsə, mütləq beynəlxalq reaksiya ilə üzləşəcəkdir.
Amerika dövlət başçılarının İran yanacağını Venesuela istiqamətinə daşıyan tankerlərə maneçilik törətmək üzrə təhdidlərinə dair bəzi məlumatların yayılmasının ardınca İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü BMT-nin baş katibi Antonio Quterreşə məktubda Amerikanın təhrikedici, təhlükəli və qanunsuz təhdidlərini beynəlxalq sülh və təhlükəsizlik üçün böyük bir təhlükə və bir növ dəniz quldurluğu adlandırıb.
ABŞ-IN QANUNİ TİCARƏTİ POZMAĞA HAQQI YOXDUR