May 20, 2020 12:55 Asia/Baku
  • Sionist rejim terror törəməsidir

İran Xarici İşlər Nazirliyi bildirib ki, sionist rejim terrorun bətnindən əmələ gəlib və o zamandan bəri Fələstin xalqından tutmuş görkəmli ərəb şəxsiyyətlərinə və iranlı alimlərədək minlərlə nəfəri terror edibdir.

SaharAzeri xəbər verir: İran Xarici İşlər Nazirliyi bu gün öz tvitter hesabında yazıb: Terrorçu sionist rejim Qərbi Asiya bölgəsində çaxnaşma toxumu səpməkdə davam edir.

İran Xarici İşlər Nazirliyi həmçinin Ümumdünya Qüds gününə işarə edib. Qeyd edib ki, Ümumdünya Qüds günü İslam Dünyasına illik xatırlatmadır ki, sionist rejimin işğalçılığı və təcavüzkar hərəkətləri Qərbi Asiya bölgəsindəki qarşıdurmalarda əsas amildir.

İran Xarici İşlər Nazirliyi vurğulayıb: Sionist rejim təcavüzkarlıq, gizli kütləvi qırğın silahları proqramları, işğalçılıq və qanun pozuntuları ilə dolu bir tarixə malikdir.

Mübarək Ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə Ümumdünya Qüds günü adlandırılıbdır.

Ümumdünya Qüds günü bu il mayın 22-ə düşür.

Koronavirus pandemiyasına görə və səhiyyə protokollarına tam şəkildə riayət edilməsi məqsədilə builki Ümumdünya Qüds günü tədbirləri ötən illərdəki tədbirlərdən fərqli şəkildə müxtəlif ölkələrdə keçiriləcəkdir.

SİONİST REJİM TERROR TÖRƏMƏSİDİR

Teqlər