May 22, 2020 00:54 Asia/Baku
  • İnqilab rəhbəri Ümumdünya Qüds günündə islam ümmətinə xitabən çıxış edəcəklər

İslami Təbliğat Təşkilatının koordinasiya şurasının sədr əvəzi deyib: Mübarək Ramazan ayının sonuncu cüməsində islam inqilabının böyük rəhbəri ölkənin daxili telekanalları eləcə də beynəlxalq telekanallar vasitəsi ilə islam ümmətinə xitabən çıxış edəcəklər.

SaharAzeri xəbər verir: İslami Təbliğat Təşkilatının koordinasiya şurasının sərd əvəzi Nüsrətullah Lütfinin dediyinə görə, Koronavurusun yayılmasından doğan məhdudiyyətlərə görə bu il ümumdünya Qüds günü tədbirləri fərqli formada həyata keçiriləcək və məhz bu önəmli günün yaşadılması üçün xüsusi proqramlar həyata keçiriləcək. 

Lütfi deyib: İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin islam ümmətinə xitabən edəcəyi çıxışı cümə günü Tehran vaxtı ilə saat 12-00-da (Bakı vaxtı ilə saat 11-30-da) ölkənin daxili telekanalları və beynəlxalq telekanallar vasitəsi ilə canlı olaraq yayımlanacaq. 

İslami Təbliğat Təşkilatının rəsmisi, bu il Qüds gününun islam inqilabının böyük rəhbərinin bəyanatı ilə anılmasına görə bu ilki ümumdünya Qüds gününün ötən illərdəkindən daha səmərəli keçiriləcəyini vurğulayıb. 

Teqlər