May 22, 2020 08:31 Asia/Baku
  • İnqilab Rəhbəri Ümumdünya Qüds günü münasibətilə çıxış edəcəklər

İslam İnqilabının Böyük Rəhbəri bu gün Ümumdünya Qüds günü münasibətilə İslam Ümməti ilə canlı yayımda söhbət edəcəklər.

SaharAzeri xəbər verir:İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin İslam Ümməti ilə söhbəti bu gün Tehran vaxtı ilə günorta saat 12:00-da (Bakı vaxtı ilə saat 11:30-da) canlı formada müxtəlif daxili və beynəlxalq radio və televiziya kanallarından yayımlanacaq.

Qüds günü İslam Dünyasının, xüsusən İranın müsəlman xalqının Fələstin məsələsində və dünyanın birinci məsələsi kimi Qüdsi-Şərif amalını himayə istiqamətindəki birliyini nümayiş etdirir.

Cari ildə koronavirus pandemiyasına və fiziki toplantıların keçirilməsindəki məhdudiyyətlərə görə, Ümumdünya Qüds günündə fələstinlilərin himayədarlarının böyük toplantısı virtual şəkildə keçiriləcək.

Mübarək Ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə Ümumdünya Qüds günü adlandırılıbdır.

BU GÜN, İNQİLAB RƏHBƏRİ İSLAM ÜMMƏTİLƏ SÖHBƏT EDƏCƏKLƏR

Teqlər