24 may İranda Mübarək Fitr bayramıdır (yenilənib)
https://azeri.sahartv.ir/news/İran-i362157-24_may_İranda_mübarək_fitr_bayramıdır_(yenilənib)
Ayətullah-əl-üzma Xameneinin ofisi tərəfindən 24 may-ın İranda Fitr bayaramı olduğu bildirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2020 16:51 Asia/Baku
  • 24 may İranda Mübarək Fitr bayramıdır (yenilənib)

Ayətullah-əl-üzma Xameneinin ofisi tərəfindən 24 may-ın İranda Fitr bayaramı olduğu bildirilib.

SəhərAzəri xəbər verir, Ali Rəhbərin ofisinin yaydığı açıqlamada bildirilir ki,  İran İslam Respublikası ərazisində Şəvval ayı hilalının müşahidə olunduğu Həzrət Ayətullah-əl-üzma Xameneyi üçün sübuta yetişib.

Bu açıqlamanın mətni belədir:

Bismillahir-rəhmanir-rəhim

Əziz xalqın mübarək Ramazan ayındakı ibadətinin qəbul olunması arzusu ilə möhtərəm İran xalqının nəzərinə çatdırılır ki, təcrübəli və mötəbər rəsədçilərdən gələn çox sayda məlumatlara əsasən, şəvval-ul-mukərrəm ayının hilalının görünməsi şənbə günü, 1399-cu hicri qəməri ili xordad ayının 3-u, 1441-ci hicri qəməri ili Ramazan-ul-mübarək ayının 29-nun qürub çağında İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei(muddəzilluhulali)-yə sübut olubdur. Buna görə, bazar günü, xordad ayının 4-ü, səadətli fitir bayramı olacaqdır.

İran İslam Respublikasının TeleRadio Təşkilatı bütün müsəlmanların ibadətinin qəbul olunması arzusu ilə səadətli fitir bayramını təbrik edir.