Mübarək Fitr bayramı münasibıti ilə;
İran məscidlərində Fitr bayramı namazı qılınıb
May 24, 2020 09:30 Asia/Baku
İslami İran xalqı bir ay oruc tutub, ibadət etdikdən sonra bu gün Fitr bayramı namazında şükr səcdəsi edibdir.
SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin ofisi bir açıqlamada bildirib ki, bu gün, şəvval-ul-mükərrəm ayının biri və səadətli Fitr bayramıdır.
İranda koronavirusla milli mübarizə qərargahının qərarına əsasən, Fitr bayramı namazı mərasimi bütün şəhərlərdə üstüaçıq məkanlarda qılınıb və musəlla kimi böyük toplantı imkanı olan məkanlarda namaz qılınmayıbdır.
Fitr sözünün mənası, daxili fitrətə qayıdış deməkdir və bu, Fitr bayramında insanın əldə etdiyi mühüm rəmzdir.
Bu gün, bir çox islami ölkədə şəvval ayının biri, səadətli Fitr bayramı günüdür.