İranın müdafiə hazırlığı ən yüksək səviyyədədir
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib: İranın müdafiə hazırlığı İslam İnqilabının qələbəsindən sonra ən yüksək səviyyədədir.
SəhərAzəri xəbər verir, İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmos qüvvələrinin komandanı briqada generalı pasdar Əmir Əli Hacizadeh bu gün Tehranda səadətli Fitr bayramı namazı mərasiminin kənarında bildirib ki, heç kəs müdafiə sahəsindən nigaran olmamalıdır. O, deyib: Düşmən xalqın fikrini yayındırmaq üçün təhlükəsizlik nigarançılıqları yaratmağa çalışır, amma İran xalqının müdafiə sahəsində heç bir nigarançılığı yoxdur.
Sepah-ın hava-kosmos qüvvələrinin komandanı düşmənin İranın müdafiə qabiliyyətlərindən nigaran olmasına toxunub. Vuğulayıb ki, İran İslam Respublikası öz gənclərinə və daxili bacarıqlarına söykənməklə güclüdür.