İranda iki müqəddəs ziyarətgah yenidən açılıb
Şiələrin səkkizinci imamı İmam Rza(ə) və Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın pak hərəmlərinin qapıları bu gün səhər İranda koronavirusla milli mübarizə qərargahının göstərişi ilə yenidən açılıb.
SəhərAzəri xəbər verir, İranda koronavirus epidemiyası ilə bir zamanda bu xəstəliyi nəzarətə almaq üçün müvəqqəti olaraq bağlanmış İmam Rza(ə)-ın Məşhəd və Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın Qum şəhərlərində yeləşən pak hərəmləri bu gündən etibarən, gün çıxandan bir saat sonradan gün batmazdan bir saat öncəyədək zəvvarları qəbul edəcəklər.
Bu müqəddəs məkanlarda iştirak və onları ziyarət etmək səhiyyə protokolları və qaydalarına riayət edilməklə müşayiət olunubdur.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani ötən şənbə günü İranda koronavirusla milli mübarizə qərargahının iclasında ölkədə bu xəstəliklə mübarizə prosesinə toxunub. Bildirib ki, İran koronavirusla bağlı "bu xəstəliyin dəqiq şəkildə elan olunması", "koronavirusun təhlükəli vəziyyəti" və "tədrici yenidən açılış" kimi üç mərhəldən keçib və dördüncü etapa, yəni koronavirusun aradan qaldırılması mərhələsinə daxil olubdur.
İranın səhiyyə nazirliyinin son statistikasına əsasən, ölkədə 135 min nəfər koronavirusa yoluxubdur ki, bu miqdardan yeddi min nəfərdən çox insan həyatını itirib və təqribən 106 min nəfər də sağalıbdır.