11-ci parlamentin prioritetləri təyin edilib
İran İslam Şurası Məclisinin 11-ci dövrü İnqilab Rəhbərinin müraciəti, prezidentin və 276 seçilmiş deputatın iştirakı ilə bu gün səhər işə başladı.
SəhərAzəri xəbər verir - Həzrət Ayətullahuluzma Xamenei “iqtisadiyyat və mədəniyyət”i ölkənin baş prioriteti adlandırıblar. Prezident Ruhani də koronavirus xəstəliyi, həmçinin amerikalıların sanksiyası və təhriki ilə mübarizə üçün İranın parlamenti və dövlətinin həmkarlığını vurğulayıb.
İran İslam Şurası Məclisinin 11-ci dövrü yaş üzrə rəyasət heyətinin öz yerində yerləşməsindən, daxili işlər nazirinin məlumatı, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin müraciətinin qiraət olunmasından sonra başlanıb.
Həzrət Ayətullahuluzma Xamenei öz müraciətlərində vurğulayıblar ki, “iqtisadiyyat və mədəniyyət” ölkənin prioritetlərinin başında durur. O həzrət məclis üzvlərinə icra və məhkəmə hakimiyyətləri ilə qardaşcasına anlaşma və mühüm hadisələrdə inqilabçı mövqetutma, nəzartə vəzifələrinin yerinə yetirilməsində insaf və təqvaya riayət, məşğulluq, istehsal və inflyasiya kimi əsas iqtisadi xətlərin islah olunması və zəif təbəqələrin məişətinə üstünlüyün verilməsi kimi məsələləri tövsiyə ediblər.
İnqilab Rəhbəri məclisin bir yaxın vəzifəsinə, yəni ölkənin 7-ci inkişaf proqramının tənzim olunmasına işarə ilə belə qeyd ediblər: Bu vəzifəyə, eləcə də ölkənin iqtisadi xəttinin cızılması üçün böyük fürsət olan xam neftin dövlətin maliyyə mənbələrindəki təyinedici rolunun azaldılmasına diqqət, mənim siz əzizlərə digər bir tövsiyəmdir.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu mərasimdə düşmənlərin İrana qarşı bəzi qanunsuz hərəkətlərinə, o sıradan qeyri-neft ixracatının qarşısının alınmasına toxunub və belə deyib: İran xalqı düşmənlərin bütün iqtisadi təzyiqləri və psixoloji təbliğatları qarşısında dayanıb və onları bütün ölkədə böhran yaratmaq və quruluşun əsasına zərbə vurmaq üzrə hədəflərinə çatmaqda uğursuz qoydu.
Ruhani sonra dövlət və məclisin həmkarlığının əsasını əsas qanunun çərçivəsi adlandırıb və belə deyib: Parlament dünyada demokratiyanın mühüm simvoludur və İran İslam Şurası Məclisi də dini və islami demokratiyanın simvoludur.
İran İslam Respublikasının prezidenti dövlətin səhiyyə, müalicə, hərbi, elmi, elektronik dövlət və kənd təsərrüfatı sahələrindəki bəzi nailiyyətlərinə toxunub və belə söyləyib: İranın xalqı və məsul şəxsləri bir-birinin kənarında koronavirus, həmçinin Amerikanın iqtisadi və tibbi terrorizmi ilə mübarizə apardılar və bu sahələrdə dəyərli nailiyyətlər də əldə olunubdur.
Ondan sonra 11-ci məclisin yaş üzrə rəyasət heyətinin sədri Seyyid Reza Təqəvi əsas qanunun 67-ci prinsipinə əsasən, andiçmə mətnini qiraət etdi və xalqın nümayəndələri kollektiv şəkildə ayaqüstə onu təkrar etdilər və andiçmə mərasiminin keçirilməsindən sonra həmin mətni imzaladılar.
İran İslam Şurası Məclisinin 11-ci dövrünün daimi rəyasət heyəti növbəti iclasda seçiləcək.
İran İslam Şurası Məclisinə 11-ci dövr seçkiləri 208 seçki dairəsində 290 nümayəndəni seçmək üçün fevralın 21-də səsvermə haqqına malik olan şəxslərdən 24 milyon 500 min nəfərdən çox seçicinin iştirakı ilə bütün İranda keçirildi.
208 seçki dairəsindən 197 seçki dairəsinin vəziyyəti seçkilərin elə ilk mərhələsində məlum oldu və yalnız 11 seçki dairəsində nümayəndələrin seçilməsi ikinci etapa çəkilibdir ki, bu seçki dairələri üçün də sentyabrın 11-də seçkilərin ikinci mərhələsi keçiriləcəkdir.