May 28, 2020 09:40 Asia/Baku
  • Məhəmməd Baqir Qalibaf İran Parlamentinin spikeri seçilib. 

Tehranın sabiq meri Məhəmməd Baqir Qalibaf parlamentin spikeri seçilib

SəhərAzəri xəbər verir, İran Parlamentinin bugünki iclasında açıq səsvermə zamanı Tehranın sabiq meri və tanınmış siyasətçi Məhəmməd Baqir Qalibaf 240 deputatdan 231-in dəstəyini alıb.

Qeyd edək ki, M.B.Qalibaf 2008-ci ildən parlamentin sədri postunu tutan Ə.Laricanini əvəz edəcək. 

Həmin səs vermə nəticəsində Məşhəd əhalisinin vəkili Əmir Hüseyn Qazizadə Haşimi birinci müavin, Ərdəbil əhalisinin nümayəndəsi Əli Nikzad Sümərin isə ikinci müavin kimi seçiliblər.

Teqlər