Nüvə alimlərinin sanksiyası iranlı gənclərin iradəsini qıra bilməz
İranın Atom Enerjisi Təşkilatı iki iranlı alimin adının ABŞ-ın sanksiyalar siyahısına salınmasını pisləyib. Vurğulayıb ki, bu addım islami quruluşun yüksək hədəflərinin həyata keçirilməsində iranlı gənclərin əzmkarlıqları və iradələrinə xələl gətirməyəcək.
SəhərAzəri xəbər verir, ABŞ dövlət katibi Mayk Pompeo cümə axşamı günü səhər tvitter-də yazdı ki, Amerika nüvə anlaşması ilə bağlı olan sanksiya güzəştlərini ləğv və nüvə proqramı ilə bağlı iki iranlını sanksiya edir.
İranın Atom Enerjisi Təşkilatı dünən bir açıqlamada bildirdi ki, Ağ Ev-də qərarçıxaranların iki iranlı alimin adını ABŞ-ın sanksiyalar siyahısına salmaq üzrə ağılsız hərəkətləri və biabırçı səyləri bu ölkənin İranın günü-gündən artan izzəti və yüksəlişi yolunun başıuca mübarizlərilə ağılsızcasına qarşılaşmadakı düşmənçilik rəftarının davam etməsindən söz açır.
Bu açıqlamada sonra deyilir: Bu kimi addımların atılması beynəlxalq hüquq normaları və prinsipləri ilə təzad təşkil edir və iranlı tədqiqatçıların əhval-ruhiyyələrinin güclənməsinə, İran düşmənlərinin beynəlxalq səhnədəki yerləri və mövqelərinin isə zəifləməsinə səbəb olacaq.