“Dünyanın irqçiliyə qarşı birləşməsinin tam zamanıdır”
https://azeri.sahartv.ir/news/İran-i362478-dünyanın_irqçiliyə_qarşı_birləşməsinin_tam_zamanıdır
İran İslam Respublikasının xarici işlər naziri afroamerikalı Corc Floydun qətlə yetirilməsinə reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2020 18:27 Asia/Baku
  •  “Dünyanın irqçiliyə qarşı birləşməsinin tam zamanıdır”

İran İslam Respublikasının xarici işlər naziri afroamerikalı Corc Floydun qətlə yetirilməsinə reaksiya verib.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif Tvitter hesabında  ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfundən öldürülməsi cinayətinə işarə edərək yazıb; “Dünyanın irqçiliyə qarşı birləşməsinin tam zamanıdır”
İran xarici işlər naziri həmçinin maraqlı bir hərəkətdə ABŞ dövlət katibi Mayk Pompeo-nun İranda baş vermiş 2018-ci il iyun iğtişaşları barədəki yazısında diqqəti cəlb edən düzəlişlər apararq onu paylaşıb.
Qeyd edək ki; ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfundən öldürülməsinin ardınca baş tutan sərt etiraz nümayişləri geniş vüsət alıb. 

Image Caption