İyun 10, 2020 19:29 Asia/Baku
  • General-mayor Səlami:

Dünya ölkələrinin davranışlarının dəyişdiyini deyən İslam İnqilabı Keşikçiləri Korpusu-Sepahın baş komandanı general-mayor Səlami qeyd edib ki, ABŞ-ın onlara əsasən, özündən qeyri-real görüntü yaratdığı və özünü supergüc kimi təqdim etdiyi bütün simvollar çökməkdədir.

SaharAzeri xəbər verir, General-mayor Hüseyn Səlami bir mərasimdə ABŞ başda olmaqla, İran düşmənlərinin vatından əvvəl və sürətlə çökməsinə işarə edərək, ABŞ-ın özünü gözəl anlayışlarla təqdim edtiyini, lakin əslində bu ölkə cəmiyyətinin gizli olan acı həqiqətlərinin üzə çıxdığını qeyd edib.

"Amerikalılar özlərini azadlıq beşiyi və insan haqları bayraqdarı kimi təqdim edirdilər, lakin bunların hamısı iflasa uğrayıb və bütün bu mənalar öz dəyərini itirir.

İslam İnqilabı keşikçiləri Korpusu-Sepahın baş komandanı sözlərinin davamında İran gəmilərinin Fars körfəzindən Venesuelaya qədər azad sularda hərək etməsini İran İslam Respublikasının iradəsini diktə etməsi və güc nümayiş etdirməsi kimi dəyərləndirib və deyib: "Bu gün İran xalqı güc və nüfuzun zirvəsində olaraq, öz problemlərini arxada qoyur".

Teqlər