Zərif Moskvaya gedir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü, İran xarici işlər nazirinin, rusiyalı həmkarı ilə məsləhətləşmək üçün Moskvaya gedəcəyini söylədi.
SaharAzeri Farsnews-a istinadla xəbər verir, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bu gün, cümə axşamı açıqladı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyunun 16-da Moskvaya gedəcək.
Maria Zaxarova cümə axşamı günü mətbuat konfransında deyib: “İyunun 16-da İranın xarici işlər naziri Cavad Zərif Moskvaya işgüzar səfər edəcək. O, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşərək Rusiya-İran münasibətlərinin vəziyyətini müzakirə edəcək."
ABŞ-ın BMT-dəki nümayəndəsi son günlərdə, Tehranı 2231 saylı qətnaməni pozmaqda ittiham edərək, Təhlükəsizlik Şurasının bir sıra üzvləri arasında, İrana qarşı silah satışı sanksiyalarını uzatmaq niyyəti ilə yeni bir qətnamənin ilkin nüsxəsini paylamışdır.
Qətnamənin qəbul edilməsi Təhlükəsizlik Şurasının doqquz daimi üzvünün təsdiqlənməsindən və Rusiya və Çin tərəfindən ona veto qoyulmamasından asılıdir.