İyun 13, 2020 09:12 Asia/Baku
  • İranın cənub-şərqində 2 tondan çox narkotik maddə aşkar edilib

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı ölkənin cənub-şərqində 2 tondan çox narkotik maddə aşkar edilməsindən xəbər verib.

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı briqada generalı pasdar Əhməd Əli Qudərzi İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayəti sərhədçilərinin geniş kəşfiyyat tədbirlərinə işarə edib və belə deyib: Qaçaqmalçıların ehtimal olunan gediş-gəliş məkanının aşkar edilməsindən sonra İranın sərhəd qüvvələri kəşfiyyat dəstəyi və əməliyyat istiqamətləndirməsilə qaçaqmalçıların hərəkət yollarını nəzarətə alaraq, bağlayıblar. Onlar sürətli və məqsədyönlü əməliyyat keçirməklə qaçaqmalçıları tələyə sala biliblər.

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd komandanı bildirib ki, bu əməliyyatda 2 ton 320 kiloqram tiryək aşkar edilib. O, sonra deyib: İranlı sərhədçilər toqquşma məkanının təmizlənməsində həmçinin bir ədəd avtomobili dayandırıb, müəyyən miqdarda silah və sursat aşkar və müsadirə edə biliblər.

Briqada generalı Qudərzi Sistan və Bəluçestan vilayəti sərhədçilərinin zəhmət və səylərini yüksək qiymətləndirib və belə söyləyib: İslami İranın sərhədləri sərhədçilərin gecəli-gündüzlü iştirakı, digər kəşfiyyat və təhlükəsizlik orqanlarının həmkarlığı və sərhəd bölgələri sakinlərinin həmişəki himayələri ilə tam təhlükəsizlikdə, amma qaçaqmalçılar və təcavüzkarlar üçün hər bir digər zamandakından təhlükəlidir.

İran dünyada narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin ön xətti kimi bu yolda 3 min 500 mindən çox şəhid və minlərlə yaralı veribdir.

 

Teqlər