İyun 18, 2020 08:18 Asia/Baku
  • İrandan direktorlar şurasına xəbərdarlıq

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi MAQATE-nin direktorlar şurasının fəsillik iclasında ABŞ-ın və müttəfiqlərinin İrana qarşı hərəkətlərinin artması haqda xəbərdarlıq edib.

SaharAzeri xəbər verir, İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Kazem Qəribabadi bu gün səhər tvitterdə yazıb: Vyana çoxvektorluluğun təqribən sonuncu səngəridir ki, öz həqiqi ruhunu son bir neçə ildə qoruya bilibdir.

Qəribabadi xəbərdarlıqla bildirib: Əgər MAQATE-nin direktorlar şurası bu həftə lazımi uzaqgörənlik göstərməzsə, təəssüflə bu da unudulmuş bir hekayətə çevriləcəkdir.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi həmçinin direktorlar şurasının iclasında Ərəbistan səfiri tərəfindən bəzi puç iddiaların irəli sürülməsinin ardınca bir müsahibədə belə qeyd edib: Regional məsələlər və sözdə Qərbi Asiya bölgəsində səbatsızlaşdırıcı fəaliyyətlər barədə regionda baş verənləri dərk etmək üçün dərin siyasi istedada ehtiyac yoxdur.

Qəribabadi sonra deyib: Gülünc bir məsələdir ki, səudlar İranı bölgədə toqquşmada ittiham edirlər, halbuki onların əlləri Suriya, Liviya, İraq və Yəmən xalqlarının qanlarına bulaşıbdır.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi həmçinin direktorlar şurasının iclasında ABŞ səfiri tərəfindən bəzi puç iddiaların irəli sürülməsinin ardınca öz izahatlarının digər bir hissəsində söyləyib: Amerika hökumətinin İrana və digər ölkələrə qarşı birtərəfli və qanunsuz hərəkətləri onu göstərir ki, Vaşinqton beynəlxalq münasibətlər və prinsiplərə əsla hörmət etmir.

Həmçinin direktorlar şurasının iclasında sionist rejim səfiri tərəfindən bəzi puç iddiaların irəli sürülməsinin ardınca Qəribabadi söyləyib: Sionist rejimin nüvə silahlarının yayılmaması sahəsində beynəlxalq qanun və standartlara sadiq olmamaq üzrə müdafiə edilməz keçmişi/ başqalarının məzəmmətəri ilə öz çirkin əllərini təmizləməkdən savayı, bu rejim üçün heç bir seçim qoymayıbdır.

Teqlər