Məhəmməd Cavad Zərif:
"3 Avropa ölkəsi nüvə anlaşması düşmənləri ilə cinayət şərikidir"
İranın xarici işlər naziri bir tvitter mesajında MAQATE-nin direktorlar şurasından istəyibdir ki, nüvə anlaşması düşmənlərinin İranın yüksək maraqlarını təhlükəyə salmalarına və üç Avropa ölkəsinin onların cinayət şəriki olmasına icazə verməsin.
SaharAzeri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə bu tvitter mesajında yazıb: Direktorlar Şurası nüvə anlaşmasının düşmənlərinə İranın yüksək maraqlarını təhlükəyə salmaq icazəsi verməməlidir. Üç Avropa ölkəsi nüvə anlaşması altındakı vəzifələrinə əməl etməkdə uğursuz qaldıqdan sonra cinayət şəriki olmamalıdır.
Zərif bildirib ki, İran İslam Respublikasının gizlətməyə bir şeyi yoxdur.
O, sonra deyib: Ötən beş ildə İranda aparılmış təftişlər MAQATE-nin tarix boyu apardığı təftişlərdən çoxdur. Razılaşdırılmalı həll yolu mümkündür, amma İrana qarşı qətnamə onu aradan götürəcəkdir.
Nüvə anlaşmasına imza atanlardan olan İngiltərə, Fransa və Almaniya MAQATE-nin direktorlar şurasına təqdim edilmək üçün bir qətnamə layihəsi hazırlayıb və onda İranın agentliklə necə deyərlər, tam həmkarlıq etməsini istəyiblər.
İran avropalıların bu hərəkətini kəskin tərzdə tənqid edib. Bildirib ki, agentliyin tələbi, sionist rejimin iddiaları və Amerikanın təzyiqləri əsasında irəli sürülüb və Amerika nüvə anlaşmasından çıxdığı bir halda, İrana qarşı silah sanksiyalarını, müddəti bitdikdən sonra nüvə anlaşmasında uzatmağa çalışır.