İyun 21, 2020 19:04 Asia/Baku
  • General-mayor Səlami:

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı general-mayor Səlami ötən 40 il ərzində İran İslam Respublikasının müdafiə gücünün artdığını vurğulayıb və bu gücün sayəsində düşmənlərin artıq İranla hərbi müharibədən çəkindiyini söyləyib.

SəhərAzəri xəbər verir, General-mayor Hüseyn Səlami Tehranda keçirilən bir görüşdə bu gün İslam İnqilabının spektrinin bir çox İslam və qeyri-İsalm ölkələrini əhatə etdiyini bildirib və əlavə edib: "Düşmənlər daha çox təhlükə hiss etdikcə, İran xalqı üçün daha çox problem yaradırlar".

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı qeyd edib ki, düşmənlər heç vaxt İran xalqına qarşı fitnə və xəbislikdən əl çəkməyəcəklər, çünki İslami İranı ilham mənbəyi, həyat verən və səfərbər edən şüurların istehsal mərkəzi kimi hesab edirlər.

General-mayor H.Səlami, həmçinin ABŞ bayrağının hətta bu ölkənin daxilində yandırılmasını zülm və cinayətlə mübarizə ruhunun bir növ göstəricisi adlandırıb və deyib: "Şübhəsiz bu hadisələr ABŞ-a qarşı ümimi cihad ruhundan qaynaqlandığı üçün bütün dünyada geniş yayılıb".

Teqlər