İyun 24, 2020 09:10 Asia/Baku
  • Zərifdən sərt reaksiya

İran XİN başçısı Məhəmməd Cavad Zərif dünən gecə bir tvittdə ABŞ Dövlət katibi Mayk Pompeonun İrana qarşı silah embarqosunun müddətinin sona çatması ilə bağlı iddiasına kinayəli reaksiya verib.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif ABŞ Dövlət katibinin iddiasına cavab olaraq, Tvitterdə yazıb: "Pompeo o qədər dünyanı aldatmaqdan məyus olub ki, iddia edir oktyabr ayı gələn kimi, İran qırıcı təyarrə alacaq və sonra onları birtərəfli mənzillərinin əksinə olaraq, digər ölkələrə doğru göndərəcək".

"Pompeo ehtimal üzrə bilir ki, bu qırıcıların yanacağı qurtarandan sonra, onlar İrana necə qayıdacaqlar", - deyə M.C.Zərif əlavə edib.

İranın xarici işlər naziri Pompeonun iddiasının həqiqətdən nə qədər uzaq olduğunu göstərmək üçün Tvitter mesajinin davamında ABŞ Dövlət departamentinin iddiasına əsasən, İranın, silah embarqosunun müddəti bitəndən sonra almaq istədiyi J-10 və  Su-30 qırıcılarının maksimal uçuş məsafəsindən bir şəkil də dərc edib.

ABŞ Dövlət katibi Mayk Pompeo bir neçə saat əvvəl özünün İranofobiya şosunun davamında Tehrana qarşı silah embarqosunun ləğv edilməsilə  Avropa və Asiyanın İranın hədəfində olacağını iddia edmişdir. 

Son iki ildə bütün səyini İran xalqı ilə mübarizəyə və onlara qarşı terrorçu hərəkətlərinə sərf edən Mayk Pompeo Tvitterdə İrana qarşı BMT-nin silah embarqosunun oktyabr ayında ləğv ediləcəyi təqdirdə bu ölkənin yeni növ qırıcı təyyarələr, o cümlədən Çinin J-10 və Rusiyanın Suxoy 30 tipli təyyarələrini alaraq, Avropa və Asiyanı təhdid edəcəyini iddia edib.

BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin tərkib hissəsi olan İrana qarşı silah embarqosunun ləğv ediləcəyi tarix yaxınlaşdıqca ABŞ bunun qarşısını almaq üçün səylərini ikiqat artırıb.

BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəalarına əsasən, İrana qarşı silah embarqosunun müddəti 2020-ci il 18 oktyabr tarixində sona çatır.

Teqlər