Ruhani: "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müstəqilliyini qorumalıdır"
İran İslam Respublikası prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının İrana qarşı qətnaməsinə işarə edərək, deyib: "Agentlik müstəqilliyini qoruyaraq, ABŞ və sionist rejiminin təzyiqləri altında öz qanuni yolundan çıxmamalıdır".
SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin bu günkü iclasında çıxışı zamanı deyib: "ABŞ və sionist rejim 20 il öncəyə aid olan məsələni qaldırmaqla, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) əsas yolundan yayındırmağa çalışırlar".
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin imicinin qorunmasını beynəlxalq quruluş üçün çox vacib hesab edən İran İslam Respublikası prezidenti vurğulayıb ki, İranın fəaliyyət prinsipi AEBA ilə əməkdaşlıqdır.Lakin lazım gələrsə İran Agentliyin davranışına qətiyyətli cavab verəcək.
Ruhani, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə anlaşması ilə bağlı öz öhdəliklərinə sadiq qalmasına dair hesabatına toxunub və İranın hələ də qanunlar çərçivəsində Agentliyin qanuni nəzarətlərini qəbul etməyə və Agentliklə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Dövlət başçısı avropalıların Əhatəli Müştərək Təşəbbüs proqramı ilə əlaqədar ilqarsılığına da işarə edib və deyib: "Avropalılar öz qanuni vəzifələrinə əməl etmədilər, həmçinin ABŞ-ın nüvə anlaşmasından çıxmasından əvvəl və sonra öz öhdəliklərinə sadiq qalmadılar və buna görə də istər üzbəüz istərsə də telefonla üzr istəyirlər. Lakin ABŞ və sionist rejiminin yaratdığı hazırkı vəziyyətdə İran onları ABŞ təzyiqlərinə təslim olmamağa və müstəqil olmağa çağırır".
Ruhani, həmçinin amerikalıların İranla müzakirə etməyə hazır olmalarına dair iddia və təbliğatlarına cavab olaraq, deyib: "Rəsmi Tehran bu əsassız jestlərin, amerikalıların seçkilər və daxili problemlər səbəbindən söylədiyi uydurmalar olduğunu bilir".