İyun 24, 2020 23:24 Asia/Baku
  • Qalibaf: ABŞ-ın özbaşınalıqları beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir

İran İslami Şura Məclisinin sədri ABŞ-ın dünyada birtərəfli davranışını beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid adlandırıb.

SəhərAzəri xəbər verir, İran İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf çərşənbə günü Çinin Tehrandakı səfiri Çang Hua ilə görüşü zamanı ABŞ hökumətinin ölkələrin suverenliyinə və müstəqilliyinə qarşı müdaxilələrini qınayaraq, Dünya ölkələrinin ABŞ-ın təkəbbürlü, birtərəfli xarakterli və millətlərin hüquqlarına mənfi təsirlər buraxan siyasətləri ilə üz-üzə olduğunu bildirib.
Qalibaf Çin və İran arasındakı əlaqələrin sabit, güclü və tarixi olduğuna işarə ilə, ABŞ tərəfindən ağılsız hərəkətlərə qarşı çıxmaq üçün regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin qaçılmaz olduğunu vurğulayıb.
Görüşdə Çinin Tehrandakı səfiri Çang Hu da Çinin İranla dostluq əməkdaşlığını daha da inkişaf etdirməyə tam hazır olduğunu vurğulayıb.
Çang Hu, Tehran və Pekinin əhəmiyyətli mövzularda və ortaq maraqlar mövzusunda bir-birlərini dəstəklədiklərini vurğulayaraq, Çinin ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarına qarşı olduğunu söyləyib.

Teqlər