Qalibaf: Sionist rejim içəridən çökmə böhranı ilə üz-üzədir
İran İslam Şurası Məclisinin sədri sionist rejimin içəridən çökmə böhranı ilə üzləşdiyini vurğulayıb.
Bunu İran İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf çərşənbə günü Fələstinin Tehrandakı səfiri Salah əl-Zəvavi ilə görüşündə deyib; Sionist rejimin cinayətkar baş naziri, aylardırdır həmin rejimin işğalçı kabinetini formalaşdırmaq üçün daxili böhranla üz-qzədir və bu məsələ qəsbkar rejimin süqutuna gətirib çıxaracaq böhranının zirvəsini göstərir.
İran İslami Şura Məclisinin sədri Fələstinin İslam dünyasının ilk məsələsi olduğunu qeyd edərək əlavə edib: İranın Fələstin xalqının istəklərini dəstəkləməsi İslam Respublikasının Fələstinə qarşı prinsipial siyasətini əks etdirir.
Fələstinin Tehrandakı səfiri Salah əl-Zəvavi də, İslam İnqilabının qələbəsindən sonra rəhmətlik İmam Xomeyninin düşmən ABŞ-Sionist planına qarşı möhkəm strategiya həyata keçirdiyini söyləyərək, İmam Xomeynidən sonra İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei-nin də Fələstinin azad edilməsi və İslam dünyasının birliyini gücləndirmək əzmində olduğunu vurğulayıb.
Tehrandakı Fələstin səfiri ABŞ və sionist rejimin İslam ölkələrinin birləşməsinin qarşısını almaq üçün göstərdiyi səylərə də toxunaraq İsrailin geriləməsinin qəti olduğunu söyləyib.