İyun 24, 2020 23:14 Asia/Baku
  • Zərif: Biz özbaşınalıq və nüvə sazişinin zəifləməsinə qarşıyıq

Xarici İşlər Nazirimiz vurğulayaraq bildirib: “Biz birtərəfli olmağa və İranın nüvə sazişinin zəifləməsinə qarşıyıq.”

SəhərAzəri İSNA-ya istinadla xəbər verir, Məhəmməd Cavad Zərif Twitter-də Çin dilində yazıb: “Çin Əjdaha Qayıqları Festivalı ərəfəsində, Çin Xarici İşlər Naziri Uang Yi ilə bir video konfransı keçirdiyim üçün çox şadam. İki ölkə arasında hərtərəfli strateji əməkdaşlığı, 25 illik ikitərəfli münasibətlər proqramını dərinləşdirmək və beynəlxalq işlərdə qarşılıqlı dəstəyi gücləndirmək barədə razılığa gəldik. Hamımız İranın nüvə sazişinə, çoxtərəfli və beynəlxalq hüquqa dəstəyimizi bir daha təsdiqləyirik və biz birtərəfliliyə və İran nüvə sazişinin zəifləməsinə qarşıyıq. Bu fürsətdən istifadə edərək Çinli dostlara xoş bir festival arzulayırıq.”

Teqlər