Bütün ölkələr terrorizmlə mübarizədə müttəfiq olmalıdırlar
İran Xarici İşlər Nazirliyinin sözçüsü İran-Türkiyə sərhədləri yaxınlığında terrorçu ünsürlərlə Türkiyənin hərbi qüvvələri arasında baş verən toqquşmaya münasibət bildirib.
SəhərAzəri xəbər verir ki, dünən terrorizmlə mübarizədə hamının müttəfiq olmasını vurğulayan Seyyid Abbas Musəvi belə qeyd edib: Türkiyə medialarında yayılan xəbərlərə görə, çərşənbə axşamı günü axşamçağı İran-Türkiyə sərhədləri yaxınlığında terrorçu qruplaşmaların ünsürləri ilə Türkiyənin hərbi qüvvələri arasında baş verən silahlı toqquşma nəticəsində Türkiyənin iki sərhədçisi yaralanıb. Türkiyəli mənbələrin xəbərlərinə əsasən, onlardan biri aldığı yaralar üzündən həyatını itiribdir.
Musəvi söyləyib: İranın Qərbi Azərbaycan vilayətinin sərhəd qüvvələrinə istinadən, bu toqquşma nəticəsində bir mərmi də İran İslam Respublikası ərazisinə düşübdür ki, xoşbəxtlikdən, insan tələfatı törətməyibdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü terrorçu ünsürlərin iki ölkə arasındakı gediş-gəlişləri, həmçinin İran və Türkiyənin hərbi və sərhəd qüvvələrinə qarşı hücumlarını pisləyib. Vurğulayıb ki, terrorizmlə mübarizə beynəlxalq bir hərəkət olmalıd