Rusiya Ruhaninin bəyanatını dəstəkləyib
İyun 25, 2020 08:55 Asia/Baku
Rusiyanın Vyanada beynəlxalq qurumlardakı nümayəndəsi İran prezidentinin bəyanatına toxunub və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Direkrorlar Şurasının qəbul etdiyi qətnamə qarşısında məsuliyyətli mövqe sərgilədiyini qeyd edib.
SəhərAzəri İSNA-ya istinadla xəbər verir ki, Rusiyanın beynəlxalq qurumlardakı nümayəndəsi Mixail Ulyanov özünün Tvitter səhifəsində yazıb: “İran İslam Respublikasının prezidenti Həsən Ruhani AEBA-nın Direktorlar Şurasının qətnaməsinə rəsmi mövqe sərgiləyib. O, narahatlıq ifadə edərək, sözü gedən qətnamənin potensial fəsadları haqda xəbərdarlıq edib. Lakin AEBA ilə əməkdaşlıqların davam etdirilməsini vurğulayıb. Bu məsuliyyətli mövqedir”.