İyun 25, 2020 12:48 Asia/Baku
  • İİR Ordusunun hava qoşunlarına üç ədəd qırıcı təhvil verilib

İranın müdafiə naziri deyib ki, İİR Ordusunun hava qoşunlarına üç ədəd qırıcının təhvil verilməsi düşmənlərə, xüsusən amerikanlara belə bir mesajı verir ki, sanksiyalar əks-nəticə verir.

SəhərAzəri xəbər verir, “Kosər” tipli üç ədəd qırıcı bu gün İranın müdafiə nazirinin iştirakı ilə İran İslam Respublikası Ordusunun hava qoşunlarına təhvil verilib.

İranın müdafiə naziri bu qırıcıların təhvil verilməsi mərasimində sonra belə deyib: Bizi 40 il bundan öncə sanksiya etdilər ki, mövcud təchizatlardan istifadə edə bilməyək, amma bu gün bütün təhcizatlar düzəldilkməkdə və istifadə edilməkdədir.

Briqada generalı Əmir Hatəmi vurğulayıb: Düşmənlər və amerikalılar bilsinlər ki, İran tərəqqi və ixracat yolundakı yolunu davam etdirəcəkdir.

İran İslam Respublikası Ordusunun baş komandanı da vurğulayıb: İslam İnqilabı Keşiçkləri Korpusu- Sepah ilə yanaşı, ən yaxş müdafiə tərkibi yaratmışıq. O, deyib: İran silahlı qüvvələrinin müdafiə qüdrəti bütün sahələrdə, o sıradan hava, dəniz və quru sahələrində yüksəlməkdədir.

General-mayor Seyyed Əbdorrəhim Mousəvi daha sonra söyləyib: Tamamilə iranlı qırıcıların düzəldilməsi böyük İran xalqının imperializmin qəddarcasına sanksiyaları qarşısındakı iradəsinin bürüz etməsinin bariz nümunəsidir.

Tamamilə yerli mütəxəssislər tərəfindən düzəldilmiş “Kosər” tipli təyyarə yaxın hava himayəsi tapşırığını yerinə yetirir. Bu təyyarə İranı 4-cü nəsildən olan alova nəzarət və avionika sistemlərinə malik olan qrıcı təyyarələr dizayn etmək və düzəltmək üzrə texnologiyaya malik az sayda ölkələr sırasında qoyubdur.

Bu təyyarə bir və çevrilmə qabiliyyətinə malik iki kabinalı növdə olacaqdır ki, onun iki kabinalı növü döyüş qabiliyyətindən əlavə, pilotların təlimi üçün modern mərhələdə istifadə edilir.

 

Teqlər