İyun 27, 2020 13:32 Asia/Baku
  • Narkotik maddələr problemi üzərində qələbənin yeganə yolu

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi beynəlxalq həmkarlıqların yüksəldilməsi, aşkar himayə, həmçinin milli və regional səylərin artırılmasını narkotik maddələrdən qaynaqlanan problemə üstün gəlməyin yeganə yolu adlandırıb.

SəhərAzəri xəbər verir, İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Kazem Qəribabadi dünən narkotik maddələr qaçaqmalçılığı və sui-istehlak ilə beynəlxalq mübarizə günü münasibətilə keçirilən narkotik maddələr komissiyasının xüsusi iclasında bildirib ki, İran ötən 40 ildə narkotik maddələrlə mübarizə sahəsində ağır insan və maliyyə xəsarətlərinə düçar olubdur. O qeyd edibdir ki, İran İslam Respublikası keçən il iki mindən çox əməliyyat və qaçaqmalçılarla silahı toqquşmada otuz şəhid və yaralı veribdir.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi sonra bildirib ki, bu müddətdə 1886 beynəlxalq və daxili şəbəkə məhv edilib. Həmçinin 950 tondan çox narkotik və uyuşdurucu maddə aşkar edilibdir.

Qəribabadi vurğulayıb ki, İranın narkotik maddələrlə mübarizə sahəsindəki nailiyyətləri Amerikanın qanunsuz və birtərəfli sanksiyaları şəraitində və dünya ictimaiyyətinin yardımları olmadan əldə olunubdur.

O sonra belə qeyd edib: BMT-yə üzv ölkələrdən, cinayət və narkotik maddələrlə mübarizə bürosundan və digər beynəlxalq orqanlardan gözlənilir ki, İranın beynəlxalq narkotik maddələr problemi ilə mübarizə sahəsindəki əhatəli və faydalı milli səyinə diqqət yetirərək, onu yüksək qiymətləndirsinlər.

Narkotik maddələrə qarşı beynəlxalq səylərin təsirinin gücləndirilməsi, inkişaf layihələrinin icrası və alternativ məişət proqramlarına üstünlüyün verilməsi, narkomaddələrdən gələn gəlirlər prosesinin beynəlxalq maliyyə sisteminə daxil olmasına sədd çəkilməsi, cinayət və narkotik maddələrlə mübarizə bürosunun sərhədlərə nəzarətin idarə olunması sahəsindəki proqramları və təşəbbüslərinin dəstəklənməsi və informasiya mübadiləsi İran nümayəndəsinin bu iclasda narkotik maddələr istehsalı və istehlakının beynəlxalq səviyyədə aradan qaldırılması üçün verdiyi təkliflərdən olubdur.

Teqlər