İyun 28, 2020 12:46 Asia/Baku
  • İran kimyəvi təhlükələrə qarşı müdafiə hazırlığını gücləndirir

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi və baş məsləhətçisi deyib: "Mümkün Kimyəvi, bioloji və ekoloji-terror təhlükələrinə qarşı müdafiə hazırlıqlarının gücləndirilməsi və inkişaf etdirilməsi İranın Kimyəvi Hücumdan Müdafiə Qüvvələrinin əsas strategiyalarından biridir".

SaharAzeri xəbər verir, General-mayor Yəhya Rəhim Səfəvi "Kimyəvi Hücumdan Müdafiə" üzrə milli konfransda çıxışı zamanı, İraqın Bəəs rejiminin İranın sərhəd şəhəri olan Sərdəşt şəhərini kimyəvi silahlarla bombardman etməsinə toxunaraq, bu cinayətin İran millətinin  tarixində qara bir gün olduğunu söyləyib.

İraqın Bəəs rejiminin İrana qarşı kimyəvi hücumunun ABŞ və Avropanın yaşıl işığı və beynəlxalq təşkilatların sükutu sayəsində həyata keçirildiyini vurğulayan general-mayor Səfəvi əlavə edib: "Səddam qəbul etdirilmiş müharibə dövründə İrana qarşı ümumilikdə 252 dəfə qadağan edilmiş silahlardan istifadə edib ki, onun nəticəsi səkkiz min şəhid və 107 min yaralıdır".

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi və baş məsləhətçisi sonra vurğulayıb: "Müxtəlif kimyəvi, bioloji və ekoloji təhlükələr ilə bağlı xəbərdarlıq və dəyərləndirmə üçün vahid və ağıllı bir sistemin yaradılması və inkişafı ciddi şəkildə İranın Passiv Müdafiə və Kimyəvi Hücumdan Müdafiə təşkilatlarinin gündəminə gətirilib".

Teqlər