İyun 29, 2020 07:02 Asia/Baku
  • İran XİN:

İran Xarici İşlər Nazirliyi Avropa və ABŞ-ı Münafiqlər terror qruplaşmasının iranlıların qırğın edilməsində ortağı adlandırıb.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi iyunun 28-də "Amerikan İnsan Haqları" həftəsi münasibətilə bir tvittdə Münafiqlərin şübhəsiz terror və dəhşət firqəsi olduğuna işarə edərək, yazıb: "Avropa bu üsyankar varlığın evidir və amerikalı vergi ödəyicilərinin pulu bu korrupsioner qrupun vəhşiliklərinin təminatçısıdır".

İran XİN mətbuat katibi Seyid Abbas Musəvi də şənbə günü  iyunun 27-də özünün Tvitter səhifəsində Münafiqlər terror qruplaşmasını dəstəkləyənlərin əllərinin bu terror firqəsinin qurbanlarının qanına bulandığını bildirib və xatırladıb ki, Münafiqlər qrupu Avropa və ABŞ tərəfindin dəstəklənirlər və bu himayələr terrorçulara 10 mindən çox iranlını dəhşətli şəkildə şəhid və ya əlil etmələrinə imkan verib".

İranda 80-ci illərdə ABŞ-ın dəstəyi ilə  terror cinayətləri  törədilib və bunun fonunda İran İslam Respublikası təqvimində 26 iyundan, 2 iyuladək olan müddət "Amerikan İnsan haqlarının ifşası" həftəsi adlandırılıb.

1981-ci ilin iyun ayında Tehranda İran İslam Respublikası partiyasının sabiq ofisinə terrorçu hücum, 1987-ci ildə İraqın Bəəs rejimi tərəfindən Sərdəşt şəhərinin kimyəvi bombardmanına dəstək vermək və 1988-ci ilin iyul ayında ABŞ-ın hərbi gəmisinin İranın sərnişin təyyarəsinə birbaşa raket hücumu ABŞ-ın İran xalqına qarşı qeyri- insani hərəkətlərindəndir.

Teqlər