İyun 29, 2020 14:40 Asia/Baku

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Avropa üçlüyünün İrana qarşı silah embarqosunun müddətinin 2023-cü ilədək uzadılmasına dair təklifinə münasibət bildirərkən deyib: İran İslam Respublikası özünün müdafiə qabiliyyətləri barədə kimsədən çəkinmir.

SəhərAzəri xəbər verir, Seyid Abbas Musəvi bu gün mətbuat brifinqində etdiyi çıxışında avropalıların əbəs iş gördüklərini, yolu səhv getdiklərini bildirərək deyib: İrana qarşı silah embarqosunun davam etməsi 2231 saylı qətnamənin maddələrinə ziddir və onun mənfi nəticələri barədə Avropa ölkələri və Amerika cavabdeh olmalı olacaqlar. 

Musəvi deyib: Avropa ilə Amerika arasında işbirliyi onların öz məsələsidir amma İran İslam Respublikası öz hüquqlarından vaz keçməyəcək. 

İİR XİN sözçüsü İrana qarşı silah embarqosunun müddətinin uzadılacağı təqdirdə Tehranın ehtimal olunan reaksiyaları barədə deyib: İran xüsusi təşəbbüslər nəzərdə tutub və şəraitə uyğun olaraq bu barədə qərar qəbul edəcək amma rəsmi Tehran belə qənaətdədir ki, işin o yerə çatmaması üçün ağıl və tədbir olmalıdır. 

Musəvi terrorçu qruplaşmaların Avropada sərbəst fəaliyyəti barədə deyib:  Bu rerrorçu qruplaşmalardan bəzilərinin adları Avropa ölkələrinin terror siyahısına daxil olmasına rəğmən qəfildən həmin siyahıdan çıxarıldı və adi qruplar halinə gətirildi. 

Musəvi Amerikada insan haqlarının sistematik pozulmasına toxunaraq deyib: İnsan haqlarını müdafiə iddiasında olan və hər il digər ölkələrdə insan haqlarının durumu barədə hesabatlar yayan bir ölkə öz daxilində qaradərililərin hüquqlarını tapdalayır. 

Teqlər