Amerika Sərdəşt kimyəvi bombardmanına görə cavabdeh olmalıdır
https://azeri.sahartv.ir/news/İran-i363914-amerika_sərdəşt_kimyəvi_bombardmanına_görə_cavabdeh_olmalıdır
İranın BMT-dəki daimi nümayəndəsi deyib ki, İraqın bəəs rejiminin məhv edilmiş diktatoru Səddama kimyəvi silahlar verən Amerika və müttəfiqləri bu barədə cavabdeh olmalıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2020 04:41 Asia/Baku
  • Amerika Sərdəşt kimyəvi bombardmanına görə cavabdeh olmalıdır

İranın BMT-dəki daimi nümayəndəsi deyib ki, İraqın bəəs rejiminin məhv edilmiş diktatoru Səddama kimyəvi silahlar verən Amerika və müttəfiqləri bu barədə cavabdeh olmalıdırlar.

SəhərAzəri xəbər verir, İraqın bəəs rejimi 1987-ci il iyunun 28-də İranın şimal-qərbində yerləşən Sərdəşt sərhəd şəhərini kimyəvi bombardmana məruz qoydu. Bu hücumda 110 mülki şəxs şəhid oldu, 8 min nəfərdən çox insan da kimyəvi cəhətdən bədən xəsarəti aldı.

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxte Rəvançi bir tvittdə polyak-amerikan siyasətçi, Amerikanın keçmiş prezidenti Cimmi Karterin hökumətində milli təhlükəsizlik müşaviri olmuş Zbiqnev Bzejinskinin İranın Sərdəşt şəhərinin kimyəvi bombardmanı barədəki sözləri ilə bağlı filmi təqdim edərək, yazıb: Səddam rejiminin cinayətindən 33 il sonra hələ bu yara sağalmayıbdır.

Təxte Rəvançi sonra deyib: Bu hücumun yaralıları hələ əzab içindədirlər, xüsusən COVID-19-a yoluxan xəstələr.