İyul 02, 2020 07:21 Asia/Baku
  • İnqilab Rəhbəri yanğın hadisəsindəki tələfata görə başsağlığı veriblər

İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə Tehranda yerləşən müalicə mərkəzlərindən birində yanğın hadisəsi nəticəsində İran vətəndaşlarından bir qrupunun həyatını itirməsi münasibətilə başsağlığı veriblər.

SaharAzeri xəbər verir, Çərşənbə axşamı günü axşamçağı Tehranın şimalında yerləşən bir klinikada oksigen balonunun partlaması və yanğın nəticəsində binanın bir hissəsi dağıldı. Bu hadisə nəticəsində 19 nəfər həyatını itirdi, 14 nəfər isə bədən xəsarəti aldı.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei dünən bir müraciətdə məsul orqanlara tapşırdılar ki, məsələni araşdıraraq, ziyan və xəsarətlərin miqdarını azaltmaq üçün lazımi tədbirlər görsünlər və belə ağır zərərlərə mane olsunlar.

Həzrət Ayətullahuluzma Xamenei bu müraciətdə həmçinin vurğulayıblar: Bu hadisənin məsul orqanlar tərəfindən düzgün araşdırılması da sürətlə həyata keçirilməlidir.

Teqlər