İyul 05, 2020 18:29 Asia/Baku
  • Qum dini elmlər hövzəsinin müəllimlər cəmiyyəti Ayətullah Sistaniyə qarşı hörmətsizliyi pisləyib

Qum dini elmlər hövzəsinin müəllimlər cəmiyyəti səud «Əşşərquləusət» qəzetinin İraq şiələrinin ali dini mərcəyinə qarşı hörmətsizliyini pisləyərək, bildirib ki, bu nalayiq və biabırçı hərəkət pozğunçuluğu və din əleyhinə münasibəti göstərir.

SəhərAzəri xəbər verir, Qum dini elmlər hövzəsinin müəllimlər cəmiyyəti bu gün bir bəyanatda səud «Əşşərquləusət» qəzetinin Ayətullah Sistaniyə qarşı hörmətsizliyini pisləyib. Bildirib ki, şiə mərcəiyyətinin və İslam alimlərinin İraqın dini və milli mahiyyətinin qorunması, həmçinin bu xalqın siyasi birliyinin möhkəmləndirilməsi sahəsindəki rolu, tarixdə ölməz və inkarolunmaz bir roldur.

Bəyanat vurğulayıb ki, şiə mərcəiyyəti illər boyu imperializmə və İngiltərə müstəmləkəçiliyinə qarşı mübarizə ilə İraqın azadlığı və istiqlaliyyətinin əsaslarını möhkəmlədib və alimanə idarəçiliyi ilə İraqın rəşadətli xalqını böhranlardan keçirib.

Bəyanatda sonra deyilir: Bu arada İŞİD ilə mübarizədə müqavimət mehvərinin gücləndirilməsi və xalqın ümumi və könüllü səfəbərliyinə səbəb olan Ayətullah Sistaninin fitvası da böyük önəmə malikdir.

Qum dini elmlər hövzəsinin müəllimlər cəmiyyəti vurğulayıb: İraq xalqı, İslam alimləri və İslam Ümmətinin tərəfdarlarının mərcəiyyətin mövqeyinə hörmətsizlik edənlərlə rəftar üzrə tələbi izlənilməli və xəta edənlər məsuliyyətə cəlb olunmalıdırlar.

Teqlər