İyul 12, 2020 14:34 Asia/Baku
  • Qüdrətlə bazara geri dönəcəyik

İranın neft naziri bildirib ki, sanksiyalar daimi deyil. O, deyib: Qüdrətlə bazara geri dönə bilmək üçün neft hasilatı səviyyəsini qaldırmalıyıq.

SəhərAzəri xəbər verir, Bijən Namdar Zəngənə öz tvitter səhifəsində qeyd edib ki, neft hasilatı səviyyəsinin yüksəldilməsi İran üçün həyati və stratejidir.

O, deyib: Təşəbbüskarlıqla İran İslam Respublikasının dünya bazarından olan payını geri alacağıq.

Zəngənə vurğulayıb: Bu məqsədlə bir İran şirkəti ilə müştərək "Yaran" yatağının genişləndirilməsi barədə İPS müqaviləsi imzalandı.

Bijən Namdar Zəngənə dünən Tehranda qeyd olunan layihə ilə bağlı müqavilənin imzalanması mərasiminin kənarında müxbirlərə deyib: İran heç bir şəraitdə təslim olmayacaq və Amerikanın sanksiyalarına rəğmən, öz neft sənayesini inkişaf etdirəcəkdir.

Teqlər