İyul 14, 2020 17:57 Asia/Baku
  • Sanksiyaların İranın müdafiə irəliləyişlərinə heç bir təsiri olmayıbdır

İranın müdafiə naziri ötən qırx ildə İrana qarşı qanunsuz sanksiyalara işarə ilə deyib ki, sanksiyaların İranın müdafiə irəliləyişlərinə heç bir təsiri olmayıbdır.

SəhərAzəri xəbər verir, ABŞ hökumətinin İrana qarşı silah embarqolarını uzatmağa dair hərəkətlərinə toxunan general Hatəmi vurğulayıb ki, Vaşinqtonun silah sanksiyalarını uzatmağa dair səyləri nəticə verməyəcək.

Briqada generalı Hatəmi söyləyib: Amerika hökumətinin İrana qarşı silah embarqolarının uzadılmasına dair tələbi qərəzli və artıqtələblikdir. Buna görə, dünya ölkələri bu tələbə təslim olmayacaq və həmin yolda Amerikanı müşayiət etməyəcəklər.

Nüvə anlaşmasına və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə rəğmən, Amerika bu günlər İrana qarşı silah embarqolarının ləğv edilməsini bir təhdid kimi qələmə vermək kimi puç bəhanə ilə bu sanksiyaların ləğvinin qarşısını almağa can atır.BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin maddələrinə əsasən, İrana silah satışı ilə bağlı qadağalar cari milad ilinin 18 oktyabrında aradan qaldıralacaq.

Teqlər