İyul 15, 2020 12:29 Asia/Baku
  • “Ermənistan-Azərbaycan münaqişəsinin siyasi həlli böhranın yeganə çıxış yoludur”

İran İslam Respublikası prezidentinin Administrasiyasının rəhbəri Ermənistan-Azərbaycan sərhəddindəki döyüşlərə işarə edərək, iki ölkənin maraqlarını və ərazi bütölüyünü nəzərə alaraq, münaqişənin siyası yolla həll edilməsini böhrandan yeganə çıxış yolu olduğunu vurğulayıb.

SəhərAzəri xəbər verir, Bu yaxınlarda Azərbaycan Respublikası və Ermənistanın hərbi qüvvələri arasında yenidən toqquşma baş verib ki, nəticədə bir neçə hərbçi ölüb və ya yaralanıb.

Bakı və İrəvan ayrı-ayrılıqda hər biri qarşı tərəfi münaqişənin başlanmasında günahlandırır.

İran İslam Respublikası prezidentinin Administrasiyasının rəhbəri  Mahmud Vaizi dünən gecə özünün tvitter səhifəsində  yazıb: "Ermənistan-Azərbaycan sərhəddində gedən döyüşlər iki ölkənin maraqları və regionun sabitliyini üçün təhdiddir və narahatlıq doğurur".

O, sonra deyib: "İran İslam Respublikası Bakı və İrəvan arasındakı vasitəçilik keçmişini və qonşuluq əlaqələrini nəzərə alaraq, bu sahədə əllindən gələni əsirgəmiyəcək".

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrılıqda apardığı telefon danışığı zamanı iki tərəfi təmkinli olmağa və münaqişənin dinc yolla həlli istiqamətində dialoqları başlatmağa tövsiyə edərək, İran İslam Respublikasının gərginliyə son qoymaq üçün kömək etməyə hazır olduğunu bildirib.

Teqlər