İran filmi Rusiya beynəlxalq film festivalının mükafatını qazanıb
https://azeri.sahartv.ir/news/İran-i364758-İran_filmi_rusiya_beynəlxalq_film_festivalının_mükafatını_qazanıb
İranda lentə alınmış «Qəsre Şirin» filmi Rusiya beynəlxalq film festivalının iki mükafatını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2020 16:15 Asia/Baku
  • İran filmi Rusiya beynəlxalq film festivalının mükafatını qazanıb

İranda lentə alınmış «Qəsre Şirin» filmi Rusiya beynəlxalq film festivalının iki mükafatını qazanıb.

SəhərAzəri xəbər verir, İyulun 4-dən 10-dək Moskvada keçirilən 15-ci ailədaxili beynəlxalq film festivalında, festivalın əsas mükafatı İran məhsulu olan «Qəsre Şirin» filminə verilib. Bu filmin quruluşçu rejissoru və rejissoru Reza Mir Kərimidir.

«Qəsre Şirin» filminin aktrisası Nyuşa Əlipour da münsiflər heyətinin ən yaxşı uşaq aktrisası üzrə xüsusi mükafatını əldə edə bilibdir.