Qəribabadi: "İran-Çin Əməkdaşlıq sənədi ABŞ-ın təkvektorluluğu ilə mübarizə aparacaq"
İranın Vyanadakı beynəlxalq təşkilatlarındakı daimi nümayəndəsi və səfiri İran-Çin Hərtərəfli Əmdaşlıq sənədinin ABŞ-ın təkvektorluluğu ilə mübarizə aparacağını vurğulayıb.
SəhərAzəri-nin Mehr xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranın Vyanada yerləşən beynəlxalq təşkilatlarındakı daimi nümayəndəsi və səfiri Kazim Qəribabadi özünün sosial şəbəkələrdəki şəxsi səhifəsində düşmənin İran-Çin əməkdaşlıq sənədi atrafında yaratdığı ajiotajlara toxunub. O, yazıb: "ABŞ və müttəfiqlərinin bu sənədə qarşı çıxması Tehran və Pekin arasındakı uzunmüddətli və stratejik əməkdaşlıqların hər iki tərəfin xeyrinə olduğunu, həmçinin düzgün və ağıllı bir qərar olduğunu göstərir".
Qəribabadi İranın ABŞ rejiminin ən sərt, qəddar və qanunsuz sanksiyalarına məruz qaldığını bildirib və vurğulayıb: "Belə bir şəraitdə ABŞ və onun müttəfiqlərinin İran iqtisadiyyatını öz xəyallarınca təcriddə saxlamaq və onun digər ölkələrlə geniş iqtisadi və ticarət əlaqələrinə əngəl törətmək məqsədilə bütün çarəsiz səylərini səfərbər etmələri təbii haldır".