İranın xarici işlər naziri Bağdada səfər edir
İranın xarici işlər naziri yüksək səviyyəli bir nümayəndə heyətinin müşayiəti ilə İraq rəsmiləri görüşüb, fikir mübadiləsi aparmaq üçün bu ölkəyə səfər edəcək.
SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah (bazar günü) Tehran Bağdad arasındakı ikitərəfli əlaqələri gücləndirmək məqsədilə İraqa səfər edəcək.
Bu səfərdə ortaq problemlər və iki ölkənin maraqları istiqamətində mümkün gələcək fürsətlərdən istifadə imkanları araşdırılacaq.
İranın xarici işlər nazirinin bu səfər çərçivəsində İraqın prezidenti, baş naziri, parlament sədri və xarici işlər naziri ilə görüşülər keçirəcək.
İraqın baş naziri Mutafa Əl-Kaziminin də cari həftənin bazar ertəsi və çərşənbə axşamı günləri Ər-Riyad və Tehrana səfəri planlaşdırılıb və İraq rəsmilərinin bildirdiyinə əsasən, Əl-Kazimi bu iki səfərdən sonra ABŞ-la strateji dialoqların ikinci turunda iştirak etmək üçün Vaşinqtona yola düşəcək.