İyul 21, 2020 15:03 Asia/Baku
  • İraqın baş naziri Tehrana daxil olub

İraqın baş naziri İran rəsmilərilə görüşmək üçün yüksək səviyyəli siyasi-iqtisadi heyətlə Tehrana daxil olub.

SəhərAzəri xəbər verir, Mustəfa Əlkazimi bu gün Tehranın Mehrabad hava limanında İranın energetika naziri Reza Ərdəkaniyan tərəfindən qarşılanıb.

İraqın baş nazirinin İran İslam Respublikasının prezidenti tərəfindən rəsmi surətdə qarşılanması mərasimindən sonra dərhal iki ölkənin rəsmi heyətləri ikitərəfli danışıqlara başlayacaqlar.

İran və İraq heyətlərinin ikitərəfli müzakirələrindən və Əlkaziminin Ruhani ilə xüsusi iclasından sonra İranın birinci vitse-prezidenti Eshaq Cəhangirinin iştirakı ilə iki ölkənin yüksək səviyyəli heyətlərinin müzakirələri keçiriləcək.

İraqın baş naziri İrana ikigünlük səfərində həmçinin İslam İnqilabının Böyük Rəhbərinin görüşünə gedəcək və İran İslam Şurası Məclisinin sədri ilə görüşəcəkdir.

İraqın baş nazirini İrana səfərdə bu ölkənin xarici işlər, neft, elektrik, maliyyə, müdafiə və səhiyyə nazirləri, eləcə də İraqın milli təhlükəsizlik müşaviri müşayiət edirlər.

Teqlər