İranın silahlı qüvvələrinin döyüş hazırlığı sınaqdan keçiriləsi deyil
https://azeri.sahartv.ir/news/İran-i364943-İranın_silahlı_qüvvələrinin_döyüş_hazırlığı_sınaqdan_keçiriləsi_deyil
İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı deyib: Düşmənlər yaxşı bilirlər ki, İranın silahlı qüvvələrinin döyüş hazırlığı sınaqdan keçiriləsi deyildir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2020 14:31 Asia/Baku
  • İranın silahlı qüvvələrinin döyüş hazırlığı sınaqdan keçiriləsi deyil

İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı deyib: Düşmənlər yaxşı bilirlər ki, İranın silahlı qüvvələrinin döyüş hazırlığı sınaqdan keçiriləsi deyildir.

SəhərAzəri xəbər verir, briqada generalı Əlireza Səbahifərd bu gün ölkənin mərkəzində yerləşən «Xondab» Hava Hücumundan Müdafiə bölməsində olaraq, belə qeyd edib: Müdafiə qüdrətinin qorunması, düşmənin izlənilməsi, vaxtlı xəbərdarlıqların edilməsi və düşmənin hər hansı hərəkətləri ilə mübarizə, İranın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən çəkindiricilik qüdrətinin yaradılmasına səbəb olubdur.

General Səbbahifər bu baxış zamanı sistemlər və təchizatların əməliyyat vəziyyətini araşdırmaqla bu bölmənin hazırlıq səviyyəsindən razılıq edib və döyüş hazırlığının qorunması və yüksəldilməsi barədə lazımi göstərişlər veribdir.